İndidən ürəyimi
Alıbdı yırtıcı qəm
Buna bircə səbəb var
Sabah səni görəcəm
Elə bilirdim səni
Qəlbimdən çıxartmışam
Sən demə uzun illər
Özümü allatmışam
Səni yenə sevirəm
O vaxt sevdiyim kimi
Ey gözümün həsrəti
Ürəyimin hakimi
Səni görəcəm deyə
Qəlbim yarpaqtək əsir
Gözlərim gözlərinin
Görüşünə tələsir
Yarı görəcəm deyə
Atəşim var,közüm var
Kaş ki,deyə biləydim
Deyiləsi sözüm var
Gözümə baxan zaman
Gözlərin utanacaq
Özünü bir anlığa
Xəyanətkar sanacaq
Üzünü görmək üçün
Sabaha tələsirəm
On beş yaşlı gənc kimi
Titrəyirəm,əsirəm
İndidən ürəyimi
Alıbdı yırtıcı qəm
Buna bircə səbəb var
Sabah səni görəcəm
:: موضوعات مرتبط:
Şiirler ,
,
:: برچسبها:
aşk şiirleri ,
sevgi siirleri ,
turkce ask siirleri ,
turkce sevgi siirleri ,
sevda ,
sevgili ,
sevgilim ,
sevgi ,
sevgi seirleri ,
esq seirleri ,
sevda ,
muhabbet ,
azeri sevgi siirleri ,
azeri siirleri ,
sevgi seirleri ,
azeri sevgi ,
azerbaycan seirleri ,
azeri esq seirleri ,
azeri esq seirleri ,
gozler seirleri ,
turk siirleri ,
turkmen siirleri ,
siir ,
Sabah səni görəcəm siiri ,
Sabah səni görəcəm seiri ,
seir ,
sevdaشعر ترکی ,
شعر زیبای ترکی ,
شعر عاشقانه ی ترکی ,
شعر ترکی زیبا ,
|
امتیاز مطلب : 6
|
تعداد امتیازدهندگان : 2
|
مجموع امتیاز : 2